Əsas səhifə / Elanlar / 🚀 Elanı yuxarı qaldır Satılır 6 otaqlı 400 m² Həyət evi - Səbail

Satılır 6 otaqlı 400 m² Həyət evi - Səbail

Baxışların sayı: 11 • Yeniləndi: 19.09.2026, 15:00
Kateqoriya: 🏠 Həyət evi
Sahə 400 m²
Torpaq sahəsi 5 sot
Otaq sayı 6
Çıxarış var
Təmir var

Təsvir

Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən möhtəşəm panoramalı həyət evi satılır. Ev 5 sot torpaq sahəsində inşa edilib və ümumi sahəsi 400 m² təşkil edir.

Şəxsi istifadə üçün tikilmiş bu yeni tikili ev 4 mərtəbədən ibarətdir (3 yaşayış mərtəbəsi və zirzəmi). Tikinti zamanı ara keçmələr monolit betondan hazırlanıb, təmir prosesində isə yalnız keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Ev 6 geniş otaq, rahat planlaşdırılmış mətbəx, geniş holl və bir neçə sanitar qovşaqdan ibarətdir. Həm evin daxilində, həm də həyətdə sanitar qovşaqlar mövcuddur.

Evdə kombi istilik sistemi quraşdırılıb, mərtəbələrin əksəriyyəti isti döşəmə ilə təchiz olunub. Holl və mətbəx hissələrində granit və mərmər döşəmələr istifadə edilib. Evin 3-cü mərtəbəsi geniş terras kimi nəzərdə tutulub və buradan möhtəşəm panorama açılır. Hər mərtəbədən dənizə və Nargin adasına açılan gözəl mənzərə mövcuddur ki, Badamdarda belə panoramaya nadir hallarda rast gəlinir.

Həyətində yay mətbəxi, besedka və yeni tikilmiş qaraj yerləşir. Qaraj və giriş qapısı avtomatik pult sistemi ilə idarə olunur. Ev mühafizə kameraları və Wi-Fi sistemi ilə təmin olunub. Qaz, su və işıq daimidir, ev çox işıqlı və rahat yaşayış üçün tam hazır vəziyyətdədir.
Sənədlər tam qaydasındadır – evin və torpaq sahəsinin çıxarışı (kupça) və texniki pasportu mövcuddur.

Ev əşyaları ilə birlikdə satılır, real alıcı ilə qiymətdə razılaşmaq və barter variantına baxmaq mümkündür. Təcili satış olduğu üçün real dəyərindən aşağı qiymətə təklif olunur.Ofis haqqı: 1% Kod: 3919

Əlaqə tel: 0 7 0 9 7 7 0 1 0 4

Badamdar qəsəbəsi Xəritədə bax
Elan kodu 3919 Status Aktiv
550 000 AZN
~ 1 375 AZN / m²
📄 kupca 🛠 Təmirli
Əlaqə məlumatı

Telefon: 0709770104

Zəng et
Paylaş
Facebook Telegram WhatsApp
❮ ❯